"Qarabağ"la da belə etdilər - Bəlkə "Bayer 04" adını dəyişib "Bayer 90+" qoysun...

25 Aprel 02:10 Almaniya 685
"Qarabağ"la da belə etdilər - Bəlkə "Bayer 04" adını dəyişib "Bayer 90+" qoysun...

Tarixində ilk dəfə bu mövsüm Almaniya çempionu olan "Bayer-04" həm də məğlubiyyətsiz oyunlar seriyasını davam etdirməkdədir.

Məlum olduğu kimi, Xabi Alonsonun komandası 2023/24 mövsümündə bir oyunda da uduzmayıb.

Sportinfo.az xəbər verir ki, halbuki buna yaxın olduğu matçlar da olub.

Məsələn, elə Azərbaycan çempionu "Qarabağ"la son 2 Avroliqa oyununda (1/8 final) Leverkuzen təmsilçisi hesabda 2 dəfə geri düşsə də, son dəqiqədə vurduğu qol və ya qollarla ya məğlubiyyətsən xilas olub, ya da qələbəni təmin edib.

Aprelin 21-də Almaniya bundesliqasının "Borussiya"ya (Dortmund) qarşı görüşündə də "Bayer 04" hesabda geridə olub.

Lakin maraqlıdır ki, yenə son dəqiqədə (90+7) Stanişiçin vurduğu qol sayəsində məğlubiyyətdən qaça bilib. Beləliklə də onlar bu mövsüm uduzmadıqları oyun sayını 45-ə çatdırıblar (bütün turnirlərdə).

Maraqlıdır ki, "Bayer" bu mövsüm düz 15 dəfə 90 və ya sonrakı dəqiqələrdə rəqib qapısına yol tapıb (2 dəfə 90-cı, 13 dəfə isə 90+ dəqiqələrdə).

Bu qollardan 4-ü isə "Qarabağ"ın qapısına vurulub. Onlar Bakıdakı qrup matçında 1 dəfə (Viktor Bonifeys, 90+4 -cü dəq. penaltidən), 1 dəfə 1/8 finalın ilk oyununda (Patrik Şik, 90+2) və həmin mərhələnin Leverkuzendəki cavab qarşılaşmasında 2 dəfə (Patrik Şik, 90+3, 90+7) son dəqiqələrdə Ağdam klubunun qapısına yol tapıblar.

"Bayer" bu mövsüm "Qarabağ"dan sonra son dəqiqələrdə ən çox 2 dəfə isə "Bavariya"nın qapısından top keçirib. Onlar bir matçda 90+4, digər görüşdə isə 90+5-ci dəqiqədə Münhen komandasının qapısına qol vurublar.

"Bayer"in bu mövsüm 90 və ya 90+ dəqiqələrdə qol vurduğu komandalar:

"Tevtoniya Ottenzen" - 90-cı dəqiqə

"Bavariya" - 90+4-cü dəqiqə

"Zandhauzen" - 90+2-ci dəqiqə

"Qarabağ" - 90+4-cü dəqiqə

"Auqsburq" - 90+4-cü dəqiqə

"RB Leyptsiq" - 90+1-ci dəqiqə

"Bavariya" - 90+5-ci dəqiqə

"Ştutqart" - 90+1-ci dəqiqə

"Qarabağ" - 90+2-ci dəqiqə

"Qarabağ" - 90+3-cü, 90+7-ci dəqiqə

"Heffenhaym" - 90+1-ci dəqiqə

"Vest Hem" - 90+1-ci dəqiqə

"Verder" - 90-cı dəqiqə

"Borussiya" (Dortmund) - 90+7-ci dəqiqə (qol.az)

Digər Xəbərlər
Xəbər Lenti