"Sabah səhv etsək, bunu düzəldə bilməyəcəyik" - "Bayer"in müdafiəçisi

13 Mart 17:30 Almaniya 702
"Sabah səhv etsək, bunu düzəldə bilməyəcəyik" - "Bayer"in müdafiəçisi

"Bayer"in futbolçusu Yosip Stanişiç Avropa Liqası 1/8 final mərhələsinin "Qarabağ"la cavab oyunundan öncə baş tutan mətbuat konfransında iştirak edib.

Sportinfo.az xəbvər verir ki, 23 yaşlı xorvatiyalı müdafiəçi qarşılaşmaya yaxşı hazırlaşdıqlarını bildirib:

"Yaxşı hazırlaşmışıq. Hər oyuna yaxşı köklənərək çıxırıq.

Sabah səhv etsək, bunu düzəldə bilməyəcəyimizi bilirik. Amma biz hər şeyin yaxşı olacağına ümid edirik və nikbinik.

Mövsümün əvvəli ilə müqayisədə oyun vaxtıma görə daha xoşbəxtəm. Uyğunlaşmalı idim və bunu etdim.

Biz bir komandayıq, geniş heyətimiz var. Geniş heyətimiz olmasaydı, hər üç yarışda hazırda olduğumuz yerdə olmazdıq".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!