Arda Güləri transfer etmək istəyir - "Qarabağ"ın rəqibi

8 Mart 2024 02:10 Almaniya 1 713
Arda Güləri transfer etmək istəyir -

Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"ın rəqibi olan "Bayer" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, Leverkuzen təmsilçisi "Real"da çıxış edən Arda Gülərin xidmətində maraqlıdır. Bu barədə "Goal" nəşri məlumat yayıb.

Almaniya klubu 19 yaşlı yarımmüdafiəçini 1 illik icarəyə götürmək istəyir.

Xəbərdə "Tottenhem"in də gənc oyunçu ilə maraqlandığı bildirilir.

"Real" Arda Güləri mövsümün əvvəlində "Fənərbaxça"dan 20 milyon avroya transfer edib. Türkiyə millisinin üzvü "kral klubu"nun heyətində meydana çıxdığı 5 rəsmi matçda 92 dəqiqə oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Avqust 18:10 Çək və bizə göndər!