"Fantastik iş görür" -"Qarabağ"ın rəqibinin baş məşqçisini təriflədi

28 Fevral 2024 10:00 Almaniya 829
"Fantastik iş görür" -"Qarabağ"ın rəqibinin baş məşqçisini təriflədi

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Xabi Alonsonun “Bayer”dəki işini qiymətləndirib.

Sportinfo.az xəbər verir ki, “The Mirror”a danışan Qvardiola həmyerlisinin Leverkuzen klubundakı fəaliyyətini fantastik adlandırıb:

"Xabi Alonso fantastik iş görür. “Bavariya” ilə mübarizə aparan, məğlub olmayan yeganə komanda “Bayer”dir. İndi mövsümün ən vacib hissəsi gəlir.

Onlar işin artıq bitdiyini düşünsələr, Bundesliqanı qazana bilməzlər, onu itirə bilərlər".

“Bayer” Avropa Liqasının 1/8 fnal mərhələsində “Qarabağ”a rəqib olub. Komandalar arasında oyunlar martın 7-i və 14-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız