“Baş məşqçi axtarışı məni maraqlandırmır” – İdman direktoru

7 Aprel 16:55 Almaniya 573
“Baş məşqçi axtarışı məni maraqlandırmır” – İdman direktoru

“Bayern”in idman direktoru Maks Eberl cari mövsümün sonunda Tomas Tuxelin gedişindən sonra Münhen komandasının yeni baş məşqçisinin kim olacağı ilə bağlı sualı cavablandırıb.

Sportinfo.az xəbər verir ki, o, bunları deyib:

“Baş məşqçi axtarışı məni maraqlandırmır. İndi bizim bütün fikrimiz “Arsenal”la oyuna yönəlib.

Biz böyük komanda ilə qarşılaşacağıq. Üzümüzə yumruğun dəyməməsi üçün hər şeyi düzgün etməliyik”.

“Bayern” aprelin 9-da Çempionlar Liqası matçında “Arsenal”la qarşılaşacaq. Qarşılaşma Londondakı “Emirates” stadionunda olacaq. Cavab oyunu aprelin 17-də Münhendə keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti