"O, əla insandır, çox çalışqan oyunçudur" - İdman direktoru

00:00 Almaniya 65
"O, əla insandır, çox çalışqan oyunçudur" - İdman direktoru

“Bayern”in idman direktoru Kristof Freund komandanın vingeri Luis Diasın debüt mövsümünü uğurlu keçirməsi haqda danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, kolumbiyalı futbolçunun oyununu yüksək qiymətləndirdiklərini söyləyib:

“Biz Diasın oyunlarını olduqca yüksək qiymətləndiririk. O, əla insandır, çox çalışqan oyunçudur.

O, artıq bir çox qol vurub və bir çox məhsuldar ötürmə edib. Dias komandaya böyük dəyər qatan fantastik oyunçudur. Biz çox məmnunuq”.

Dias bu ilin yayında 70 milyon avroya “Liverpul”dan Münhen klubuna keçib. O, bu mövsüm bütün yarışlarda 12 oyunda 7 qol vurub və 4 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 03:30 "Lənkəran" da qazandı