“Bayern”in rəhbərliyi komandanın yarımmüdafiəçisi Serj Qnabrinin müqaviləsini müəyyən şərtlər daxilində uzatmaqda maraqlıdır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubu futbolçunu saxlamağı planlaşdırır, lakin onun maaşının hazırkı məvacibindən təxminən üçdə bir qədər azaldılmasına razılıq verməsini gözləyir.
Yeni müqavilə çox güman ki, 2028-ci ilə qədər qüvvədə olacaq.
Qnabrinin klubla hazırkı müqaviləsi gələn ilin iyun ayının sonunda bitəcək. O, bu mövsüm bütün yarışlarda 10 oyunda 3 qol vurub və 4 məhsuldar ötürmə edib.

