İtaliyanın 3 klubu maraqlanır - Cənubi koreyalı müdafiəçi ilə

24 Oktyabr 18:40 Almaniya 722
İtaliyanın 3 klubu maraqlanır - Cənubi koreyalı müdafiəçi ilə

“Bayern”in müdafiəçisi Kim Min Jae yaxın vaxtlarda Münhen klubunu tərk edə bilər.

Ancaq cənubi koreyalı futbolçunun yenidən İtaliya çempionatına qayıtma ehtimalı azdır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Napoli”nin sabiq oyunçusunun durumunu “Milan”, “Yuventus” və “İnter” izləyir.

Amma İtaliya təmsilçiləri üçün bu transfer asan olmayacaq. Səbəb oyunçunun yüksək maaşıdır. Kim Min Jae hazırda ildə 8–9 milyon avro qazanır və A Seriyası klublarından biri ilə razılaşmaq üçün ciddi güzəştlərə getməlidir.

28 yaşlı müdafiəçi 2023-cü ilin yayında “Napoli”dən “Bayern”ə keçib.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu