Dortmund “Borussiya”sı müdafiəçisi Niko Şlotterbeki satmaq fikrində deyil.
Sportinfo.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Klub rəhbərliyi 25 yaşlı futbolçunun cari müqaviləsinin müddəti bitənədək – 2027-ci ilə qədər komandada qalmasını istəyir. Hətta yeni sözləşmə imzalanmasa belə, “Borussiya” Şlotterbeki azad agent kimi buraxmağa hazırdır.
Almaniyalı futbolçu bu mövsüm Bundesliqa və UEFA Çempionlar Liqasında 6 oyunda iştirak edib.
Şlotterbekin daha əvvəl karyerasını “Bayern”də davam etdirmək istədiyi barədə xəbərlər yayılmışdı.

