İngiltərəli hücumçuya yeni müqavilə təklif edəcək - Almanlar

23 Oktyabr 01:30 Almaniya 803
İngiltərəli hücumçuya yeni müqavilə təklif edəcək - Almanlar

“Bayern” bu mövsüm yaxşı oyun nümayiş etdirən hücumçusu Harri Keynlə müqaviləni uzatmağa ümid edir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubu ingilis futbolçuyla danışıqlara 2026-cı ilin fevralında başlamağı planlaşdırır.

“Bayern” forvardın təkcə müstəsna fiziki xüsusiyyətlərinə deyil, oyununa və texnikasına görə də üstün olduğunu düşünür.

Buna görə də klub, yaşına baxmayaraq, onun uzun illər ən yüksək səviyyədə çıxış etmək potensialına malik olduğuna inanır.

32 yaşlı futbolçunun “Bayern”lə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
6 Dekabr 18:10 Çək və bizə göndər!
6 Dekabr 02:00 "İmişli" 3000 ziyanda