"Burada qalmaq üçün heç bir maneə görmürəm, amma bu, vacib qərar olacaq"

21 Oktyabr 2025 22:00 Almaniya 964
"Burada qalmaq üçün heç bir maneə görmürəm, amma bu, vacib qərar olacaq"

Dortmund “Borussiya”sının müdafiəçisi Niko Şlotterbek gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az “Sky Sport”-a istinadən xəbər verir ki, almaniyalı futbolçu “Borussiya”da olmaqdan zövq aldığını bildirib:

“Mənim müqaviləmin müddəti hələ təxminən il yarım qüvvədədir. Yaxın vaxtlarda klub rəhbərliyi ilə masa arxasında oturub hər şeyi müzakirə edəcəyik.

Burada, “Borussiya”da olmaqdan çox zövq alıram. Oyunumdan və atmosferdən razıyam.

Burada qalmaq üçün heç bir maneə görmürəm, amma bu, vacib qərar olacaq”.

25 yaşlı müdafiəçiyə daha əvvəl “Real” və “Bayern” tərəfindən maraq göstərildiyi bildirilirdi. O, cari mövsümdə Almaniya Bundesliqasında 4 oyunda iştirak edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
3 Mart 04:40 Azərbaycan qalib oldu