Serb hücumçunu transfer etmək fikrində deyil

17 Oktyabr 00:00 Almaniya 719
Serb hücumçunu transfer etmək fikrində deyil

“Bayern” Duşan Vlahoviçi transfer etmək fikrində deyil.

Sportinfo.az xəbər verir ki, daha əvvəl bildirilmişdi ki, Münhen klubu yenidən “Yuventus”un hücumçusu ilə bağlı məlumat toplayır.

Çünki o, ayrılmaq qərarına gəlsə, Harri Keynin varisi ola bilər.

Jurnalist Florian Plettenberqin sözlərinə görə, Münhen klubu hazırda futbolçunu 2026-cı ilin yayında transfer planlarına daxil etmir. İdman direktorları Maks Eberl və Kristof Freund məsələni nəzərdən keçirmirlər.

25 yaşlı serbiyalı forvardın “Yuventus”la müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
6 Dekabr 18:10 Çək və bizə göndər!
6 Dekabr 02:00 "İmişli" 3000 ziyanda