Kryerasını məşqçi kimi davam etdirmək niyyətindədir – Tezliklə geri qayıdacaq

16 Oktyabr 01:40 Almaniya 828
Kryerasını məşqçi kimi davam etdirmək niyyətindədir – Tezliklə geri qayıdacaq

“Bayern”in və Almaniya millisinin sabiq futbolçusu Jerom Boatenq karyerasını məşqçi kimi davam etdirmək niyyətindədir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, yaxın zamanda Münhen klubunda təcrübə keçəcəyini bildirib:

“Tezliklə “Bayern”ə qayıtmalıyam. Orada Vensan Kompaninin (hazırkı baş məşqçi) rəhbərliyi altında təcrübə keçəcəm.

Artıq bu mövzu ilə bağlı onunla danışmışıq. Prosesi səbirsizliklə gözləyirəm. İndi yalnız uyğun vaxtı müəyyənləşdirmək qalır”.

Boatenq 2011–2021-ci illər aralığında “Bayern”in heyətində çıxış edib. O, Almaniya millisində 76 oyun keçirib və 1 qolla yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
6 Dekabr 18:10 Çək və bizə göndər!
6 Dekabr 02:00 "İmişli" 3000 ziyanda