
“Transfermarkt” portalının ekspertləri Almaniya Bundesliqasının bir neçə futbolçusunun qiymət siyahısını yeniləyib.
Sportinfo.az xəbər verir ki, “Bayern”in və Fransa millisinin vingeri Mikael Olise dəyəri ən çox artan futbolçu olub.
Onun qiyməti 30 milyon avro artaraq, 130 milyon avroya yüksəlib.
İkinci yerdə “Ayntraxt”ın (Frankfurt) hücumameyilli yarımmüdafiəçisi Can Uzundur. Onun qiyməti 27 milyon avro artaraq 45 milyon avroya yüksəlib.
İlk üçlüyü qiymətləri 18,5 milyon avro bahalaşan iki oyunçu tamamlayır: “Leyptsiq”dən Yan Diomande və “Bayern”dən Lennart Karl. Hazırda onların dəyəri 20 milyon avrodur.