Məşhur futbolçunun qardaşı klub rəhbərliyi ilə qalmaqal yaşadı - Oğluna görə

00:00 Almaniya 58
Məşhur futbolçunun qardaşı klub rəhbərliyi ilə qalmaqal yaşadı - Oğluna görə

“Borussiya Dortmund”un gənc futbolçusu Cob Bellinqemin atası Mark Bellinqem klub rəhbərliyi ilə qalmaqal yaşayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Bildirilib ki, hadisə Cob Bellinqemin oyundan çıxarılmasının ardından baş verib.

Belə ki, futbolçunun atası bu qərara etiraz edərək Dortmund təmsilçisinin idman direktoru Sebastian Kehl ilə stadionun tunel hissəsində mübahisə edib.

Hadisəyə münasibət bildirən ingilis futbol əfsanəsi Ser Ceff Herst oyunçunun atasını sərt tənqid edib:

“Oğlunu meydandan çıxaranda şikayətlənirdi, bu, tam bir zarafatdır. Belə hallar aradan qaldırılmazsa, gələcəkdə ciddi problemlər yaranar. Həqiqətən utancvericidir”.

Qeyd edək ki, qalmaqaldan sonra Dortmund rəhbərliyi futbolçuların ailələrinin tunelə girişini qadağan edib.

Klubun açıqlamasında qeyd olunub ki, tunel zonası yalnız oyunçular, məşqçilər və rəhbərlik üçün nəzərdə tutulub, ona görə də ailələr və menecerlər bu əraziyə daxil ola bilməz.

Cob Bellinqem İngiltərə U-21 millisində müntəzəm oynasa da, “Borussiya Dortmund”da əsas heyətdə özünü təsdiqləməkdə çətinlik çəkir.

O, həmçinin “Real Madrid”in ulduz futbolçusu Cud Bellinqemin kiçik qardaşıdır.

Digər Xəbərlər
Xəbər Lenti
14 Oktyabr 23:20 "Bu, bizi məyus etdi"
14 Oktyabr 20:00 Mahir – qanadsız mələk