Müqavilənin müddəti uzadılarsa, illik maaşı təxminən 11–12 milyon təşkil edəcək

11 Oktyabr 00:10 Almaniya 732
Müqavilənin müddəti uzadılarsa, illik maaşı təxminən 11–12 milyon  təşkil edəcək

“Bayern”in qapıçısı Aleksander Nübel hazırda icarə əsasında çıxış etdiyi “Ştutqart”dan ayrılaraq, Münhen klubunu daimi tərk edə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı qolkiper gələn mövsümdə yenidən icarəyə getmək istəmir.

Münhenlilərin əsas qapıçısı, 39 yaşlı Manuel Noyer klubla müqaviləsinin müddətini uzadarsa, Nübelin daimi transferlə “Bayern”dən ayrılması ehtimalı yüksəkdir.

İndiki halda, onun “Ştutqart”a birdəfəlik keçməsi ehtimalı azdır və o, digər variantları nəzərdən keçirməli olacaq.

Müqavilənin müddəti uzadılarsa, onun illik maaşı təxminən 11–12 milyon avro təşkil edəcək.

Almaniyalı futbolçu “Bayern”ə 2020-ci ildə keçib və o vaxtdan bəri yalnız 4 rəsmi oyunda iştirak edib.

Digər Xəbərlər
Xəbər Lenti
6 Dekabr 18:10 Çək və bizə göndər!
6 Dekabr 02:00 "İmişli" 3000 ziyanda