“Mən başqalarının etmədiyi işləri ondan tələb eləmirəm”

01:40 Almaniya 65
“Mən başqalarının etmədiyi işləri ondan tələb eləmirəm”

“Bayern”in baş məşqçisi Vensan Kompani komandanın vingeri Luis Diasın performansını yüksək qiymətləndirir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, kolumbiyalı futbolçunun oyununun təsiredici olduğunu söyləyib:

“Onun performansı təsiredicidir, nəzərə alsaq ki, bu, onun Almaniyadakı ilk mövsümü və ilk addımlarıdır.

Onun fəaliyyəti və enerjisi komandaya çox uyğun gəlir. O, həmişə diqqət mərkəzindədir. Komanda üçün çox çalışır.

Mən Diasa təzyiq etmirəm, başqalarının etmədiyi işləri ondan tələb etmirəm. Amma dediyim kimi, onun enerjisi komandamıza çox uyğun gəlir”.

28 yaşlı futbolçu bu mövsüm Bundesliqada 6 oyunda 5 qol vurub və 4 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
6 Oktyabr 18:10 Çək və bizə göndər!
6 Oktyabr 07:10 Xəzərdə zəlzələ oldu