
“Lans”ın hücumçusu Florian Toven yenidən Fransa millisinə qayıtmaq arzusundadır.
Sportinfo.az xəbər verir ki, 32 yaşlı forvard yığmaya 6 ildən sonra dönüşünü DÇ-2026-nın seçmə mərhələsində Azərbaycanla keçiriləcək oyunda edə bilər.
O, özünü buna hazır hesab etdiyini açıqlayıb:
“Özümü heç vaxt bu qədər yaxşı hiss etməmişəm. Düşünürəm ki, karyeramın ən yaxşı mövsümü 2018-ci il idi.
Nəticədə dünya çempionatına yollanan heyətdə yer aldım. Amma indi özümü həmin vaxtdakından da güclü hesab edirəm.
O dövrdə gənc idim, fərdi oyuna daha çox meyil edirdim. İndi daha çox kollektiv baxışım var. Y
əni daha mükəmmələm və milli komandaya qayıtmağa hazıram. İnsan yaxşı formada olanda xəyal qura bilir. Mənim də xəyalım milliyə qayıtmaqdır”.
Fransa yığması oktyabrın 10-da Azərbaycan, 13-də isə İslandiya millisi ilə qarşılaşacaq.