
“Bayern”in Müşahidə Şurasının üzvü olan Karl-Haynts Rummenigge hücumçu Nik Voltemadenin “Ştutqart”dan “Nyukasl”a transferinə münasibət bildirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu transferi tənqid edib:
“Hər kəsin göstərişinə uymamalısız, xüsusən də, şvabiyalı maliyyəçilərə deyil.
Bu qədər pul ödəyən axmaqları (“Nyukasl”ı) tapanları təbrik edirəm. Biz, əlbəttə ki, bunu etməzdik”.
“Bayern” də yayda Voltemadeni heyətinə qatmağa cəhd etmişdi. Amma 23 yaşlı forvard 85 milyon avroya İngiltərə klubuna keçib. O, bu mövsüm Premyer Liqanın 2 oyununda 2 qol vurub.