Ona yeni müqavilə təklif edəcək – “Qarabağ”ın rəqibinə keçməməsi üçün

01:40 Almaniya 75
Ona yeni müqavilə təklif edəcək – “Qarabağ”ın rəqibinə keçməməsi üçün

“Bayern” vingeri Mikael Oliseyə sərfəli müqavilə təklif etməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, bu barədə “Liverpool Echo” məlumat yayıb.

Məqsəd 23 yaşlı futbolçunun “Liverpul”a keçid ehtimalını aradan qaldırmaqdır. Bildirilir ki, Olise “Real”ın da maraq dairəsindədir.

“Bayern” fransalı oyunçunu 2024-cü ilin yayında “Kristal Pelas”dan 53 milyon avroya transfer edib. Onun klubla müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

Olise cari mövsümdə bütün turnirlərdə 7 oyunda meydana çıxaraq, 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Digər Xəbərlər
Xəbər Lenti
25 Sentyabr 18:10 Çək və bizə göndər!
25 Sentyabr 09:20 “Zirə”də yeni müqavilə
25 Sentyabr 09:00 İkisini də o... VİDEO
25 Sentyabr 08:50 "Qarabağ" satışa çıxardı