“Real”a keçmək istəyini agentinə çatdırdı - “Bayern”in müdafiəçisi

00:10 Almaniya 87
“Real”a keçmək istəyini agentinə çatdırdı - “Bayern”in müdafiəçisi

“Bayern”in müdafiəçisi Dayot Upamekano karyerasını “Real”da davam etdirmək istəyir.

Sportinfo.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

26 yaşlı futbolçu artıq bu istəyini menecerinə çatdırıb və agent potensial transfer üzərində işləməyə başlayıb.

“Real” hazırda başqa hədəflərə yönəlsə də, Upamekanonun keçidi ehtimal kimi masada qalır.

Fransalı müdafiəçinin adı hələ “Bayern”ə transfer olunmazdan əvvəl də “kral klubu” ilə əlaqələndirilirdi. İndi isə o, arzusunu reallaşdırmaq və “Real”a qoşulmaq niyyətindədir.

Upamekanonun “Bayern”lə hazırkı müqaviləsinin müddəti 2026-cı il iyunun 30-na kimidir.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 08:20 "Sabah" və "Şamaxı" sevindi
22 Sentyabr 03:10 "İmişli" birinci deyil
22 Sentyabr 03:00 Azərbaycan “HƏ” deyib?
22 Sentyabr 02:10 Qismətin qismətində olan