
“Ayntraxt” Çempionlar Liqasının liqa mərhələsinin 1-ci turunun “Qalatasaray”la oyununa ciddi itki ilə çıxacaq.
Sportinfo.az “Bild”-ə istinadən xəbər verir ki, Almaniya klubunun yarımmüdafiəçisi Mario Getze oyunda iştirak etməyəcək.
O, zədəsini yeni sağaltmasına baxmayaraq, məşqçilər heyəti risk etmək istəmir.
Qarşılaşma sentyabrın 18-də baş tutacaq.
Getze bu mövsüm “Ayntraxt”ın heyətində bir rəsmi matçda meydana çıxıb.
“Ayntraxt” Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən biridir.