“Bundesliqa çoxdan Premyer Liqadan geridə qalıb”

10:00 Almaniya 98
“Bundesliqa çoxdan Premyer Liqadan geridə qalıb”

Almaniya millisinin sabiq futbolçusu Mixael Ballak yarımmüdafiəçi Florian Virtsin yayda “Bayer”dən (Leverkuzen) “Liverpul”a transferi ilə bağlı fikirlərini bildirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Niyə də “Bayern” olmasın? Bu, Virts üçün məna kəsb etmirdi.

Mən Almaniya çempionatının onun üçün çətin olduğunu düşünmürəm. Bundesliqa çoxdan Premyer Liqadan geridə qalıb.

Bu, reallıqdır. Buna görə də Almaniya liqası top-futbolçular üçün daha az cəlbedicidir”.

Virts 125 milyon avroya “Bayer”dən “Liverpul”a keçib. 22 yaşlı almaniyalı futbolçu “qırmızılar”la 5 illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti