
“Bayern”in idarə heyətinin üzvü Uli Höness komandada icarə əsasında çıxış edən hücumçu Nikolas Ceksonun transfer şərtlərini açıqlayıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, seneqallı futbolçunun transferinin Münhen klubuna 13,5 milyon avroya başa gəldiyini bildirib.
Məcburi satınalma seçiminin aktivləşdirilməsi ehtimalı azdır, çünki Cekson bunun üçün 40 matç keçirməlidir. Höness “o, heç vaxt bunu etməyəcək” deyərək, zarafat edib.
“Bayern” yay transfer pəncərəsi bağlanmazdan əvvəl Ceksonu müəyyən şərtlərlə, satın almaq maddəsi ilə “Çelsi”dən icarəyə götürüb.
Münhen klubu Bundesliqanın son iki turunda 6 xal toplayıb.