O olmasın, bu olsun - Məşhur klubun yeni TRANFSER PLANI

7 Sentyabr 20:50 Almaniya 687
O olmasın, bu olsun - Məşhur klubun yeni TRANFSER PLANI

“Bayern” yay transfer pəncərəsində “Liverpul”un hücumçusu Kodi Qakponu nəzərdən keçirib.

Sportinfo.az “Sky Sports”-a istinadən xəbər verir ki, Münhen klubu əvvəlcə niderlandlı futbolçuya ciddi maraq göstərsə də, sonda onun yerinə “Liverpul”dan Luis Diası alıb.

“Bayern” iyulun sonunda kolumbiyalı futbolçu üçün 70 milyon avro ödəyib. Dias yeni komandasında 4 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

Onun Münhen klubu ilə müqaviləsi 2029-cu ilin iyun ayının sonuna kimidir.

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 18:10 Çək və bizə göndər!
23 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM