Baş məşqçi qovuldu, komandada vəziyyət düzəldi - İdman direktorundan AÇIQLAMA

5 Sentyabr 18:20 Almaniya 622
Baş məşqçi qovuldu, komandada vəziyyət düzəldi - İdman direktorundan AÇIQLAMA

Leverkuzen “Bayer”inin idman direktoru Simon Rolfes baş məşqçi Erik ten Haqın vəzifədən uzaqlaşdırılmasından sonra komandadakı atmosferin yaxşılaşdığını bildirib. Niderlandlı mütəxəssis Bundesliqada cəmi iki turdan sonra işindən azad edilib.

Sportinfo.az xəbər verir ki, klub rəsmisi vəziyyətin komanda daxilində necə dəyişdiyini “Goal” portalına belə izah edib:

“Müsbət atmosferi açıq şəkildə hiss edirəm. Son iki gündə istər məşqlərdə, istərsə də yoxlama görüşündə, bu, çox aydın görünürdü.

Yaxşı bir struktur, yaxşı bir proqram vardı – hər şey çox gözəl idi”.

Leverkuzen komandası dünən yoxlama matçında 3-cü liqa təmsilçisi “Viktoriya Köln”ü 2:1 hesabı ilə məğlub edib.

Oyunda “Bayer”i müvəqqəti olaraq köməkçi məşqçilər Roqir Meyer və Andris Ulderink çalışdırıb.

Klub rəhbərliyi Erik ten Haqın niyə bu qədər tez qovulduğunu yaxın günlərdə rəsmi şəkildə izah edəcəyini açıqlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 18:10 Çək və bizə göndər!
21 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
21 Oktyabr 04:00 Qayıbov bura sədr seçildi