
Leverkuzen “Bayer”inin sabiq baş məşqçisi Erik ten Haq komandanın komplektləşdirilməsində iştirak etməyib.
Sportinfo.az “Sport Bild”-ə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis hətta “Real”dan alınan Lukas Vaskesin transferindən də xəbərsiz olub. O, Vaskesi ilk dəfə klubun düşərgəsində görüb.
Maraqlıdır ki, “Bayer” rəhbərliyi transfer məsələlərində Ten Haqdan çox, klubun keçmiş çalışdırıcısı və hazırda “Real”a rəhbərlik edən Xabi Alonsonun məsləhətlərinə üstünlük verib.
Ten Haqın qovulması sentyabrın 2-də rəsmiləşib. Bu qərar Bundesliqa tarixində ən sürətli baş məşqçi dəyişikliyi olub – mütəxəssis cəmi iki turun ardından vəzifəsindən azad edilib.
“Bayer” 2025/26 mövsümünün startında “Hoffenhaym”a məğlub olub, “Verder”lə isə heç-heçə edib.