Almaniya klubunun təklifini geri çevirdi - XAVİ

3 Sentyabr 10:20 Almaniya 494
Almaniya klubunun təklifini geri çevirdi - XAVİ

Ötən gün baş məşqçi Erik ten Haqla yollarını ayıran Leverkuzen “Bayer”i “Barselona”dakı fəaliyyəti ilə tanınan Xavi Hernandesin namizədliyini nəzərdən keçirib.

Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, Leverkuzen təmsilçisi 45 yaşlı çalışdırıcı ilə danışıqlara başlayıb, ancaq Xavi təklifi qəbul etməyib.

“Bayer” niderlandlı mütəxəssisin rəhbərliyi altında Bundesliqada keçirdiyi ilk iki oyunda cəmi 1 xal qazanıb. Komanda növbəti turda öz meydanında Frankfurt “Ayntraxt”ı ilə qarşılaşacaq.

“Ayntraxt” UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən biridir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar