
“Bayern”in idman direktoru Maks Eberl komandanın başqa bir hücumçu ilə güclənməsinə etiraz etməyəcəyini, ancaq bu pulu ödəyə bilməyəcəklərini bildirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, lakin o, Harri Keyn və Luis Diasın tək başına uzun bir mövsüm üçün kifayət olmaya biləcəyini də düşünür:
“Hamı 70-80 milyon avroluq transfer istəyir, amma bizdə bu pul yoxdur, ona görə də, yaradıcı olmalıyıq. Oyunçularla danışıqlar zamanı onların “Bayern” adını bəyəndiklərini gördük”.
Almaniyalı funksioner, eyni zamanda, digər komandaların Münhen klubuna futbolçu icarəyə vermək istəmədiyini və buna görə də, əsas yatırımı gənc futbolçulara qoyduqlarını əlavə edib.
“Bayern” Bundesliqanın 2025/2026 mövsümünün ilk turunda doğma meydanda “Leyptsiq”i 6:0 hesabı ilə məğlub edib.