“Barselona”nın 17 yaşlı futbolçusu üçün rəsmi sorğu göndərdilər

10:20 Almaniya 121
“Barselona”nın 17 yaşlı futbolçusu üçün rəsmi sorğu göndərdilər

“Borussiya” (Dortmund) “Barselona”nın 17 yaşlı futboçusu Gille Fernandezlə maraqlanır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, almanlar yarımmüdafiəçinin transferi ilə bağlı Kataloniya klubuna rəsmi sorğu göndərib.

Fernandez indiyədək “Barsa”nın əvəzedici komandası olan “Barselona Atletik”də çıxış edib. Bununla belə, yarımmüdafiəçi artıq bu yay da daxil olmaqla, klubun əsas komandası ilə iki təlim-məşq toplanışında iştirak edə bilib.

Keçən mövsüm ispaniyalı futbolçu “Barselona Atletik”in heyətində 32 oyun keçirib, 7 qol vurub və 1 məhsuldar ötürmə edib. “Transfermarkt”a görə, Fernandezin dəyəri 3 milyon avrodur.

Digər Xəbərlər
Xəbər Lenti
17 Avqust 07:10 Xəzərdə zəlzələ oldu
17 Avqust 04:00 Milli Avstriyaya uduzdu