Razılıq əldə olundu - 30 milyon avro qazanacaqlar

14 Avqust 15:40 Almaniya 657
Razılıq əldə olundu - 30 milyon avro qazanacaqlar

“Bayern”in vingeri Kinqsli Koman “Əl-Nəsr”ə transfer olunur.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubu fransalının Səudiyyə Ərəbistanı təmsilçisinə keçidinə tam razılıq verib.

29 yaşlı Koman yaxın saatlarda Almaniyanı tərk edəcək. Keçid şərtləri ötən həftədən razılaşdırılıb. “Əl-Nəsr”lə 3 illik müqavilə imzalanacaq, “Bayern” isə bu transferdən 30 milyon avro qazanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 18:00 Premyer Liqanın KİMSƏSİZİ