Hücum xətti üçün əsas namizədi odur - Məşhur klubun

00:00 Almaniya 128
Hücum xətti üçün əsas namizədi odur - Məşhur klubun

“Çelsi”nin hücumçusu Kristofer Nkunku yenidən “Bayern”in maraq dairəsinə düşüb.

London klubu fransalı futbolçunu satışa çıxarıb. Komandanın baş məşqçisi Enzo Mareska Nkunkunu öz planlarına daxil etmir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubu yeni hücumçu axtarışlarını davam etdirir və Nkunku əsas namizədlərdən biri hesab olunur.

“Bayern” 27 yaşlı futbolçunu bu ilin yanvarında da transfer etməyə çalışıb. Həmin vaxt almanlar təxminən 45 milyon avro təklif etsələr də, “Çelsi” onu 70 milyon avro qiymətləndirib.

Nkunku ilə maraqlanan klublar arasında “Mançester Yunayted”in də adı hallanırdı. Ancaq hazırda İngiltərə təmsilçisi transfer yarışında iştirak etmir.

Digər Xəbərlər
Xəbər Lenti