Ərəblərin təklifini rədd etdi - “Borussiya”nın hücumçusu

9 Avqust 2025 00:10 Almaniya 1 178
Ərəblərin təklifini rədd etdi - “Borussiya”nın hücumçusu

Dortmund “Borussiya”sının hücumçusu Seru Qirassi yay transfer pəncərəsində Səudiyyə Ərəbistanı klublarının yüksək təkliflərini rədd edərək, komandasında qalmağa qərar verib.

Sportinfo.az xəbər verir ki, bu barədə “Sky Sport” məlumat yayıb.

29 yaşlı forvarda Səudiyyə Ərəbistanının bir neçə klubundan təklif gəlib. Onların arasında xüsusilə, “Əl-Hilal” aktiv olub və Qirassiyə böyük maliyyə paketi təklif edib.

Ancaq qvineyalı futbolçu bunu rədd edərək, “Borussiya”da qalmaq və titullar uğrunda mübarizə aparmaq istədiyini bildirib.

Qirassi son Bundesliqa mövsümündə 30 oyuna çıxaraq, 21 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti