Tanınmış almaniyalı forvard bu klubla müqavilə imzaladı

7 Avqust 2025 10:20 Almaniya 1 996
Tanınmış almaniyalı forvard bu klubla müqavilə imzaladı

Kanadanın “Vankuver Uaytkeps” komandası almaniyalı hücumçu Tomas Mülleri transfer etdiyini açıqlayib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hücumameyilli yarımmüdafiəçinin müqaviləsinin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub.

35 yaşlı futbolçu bu yay “Bayern”dən ayrılandan bəri özünə yeni klub axtarışında idi. O, 2008-2025-ci illər aralığında şərəfini qoruduğu Münhen klubunun heyərində 12 dəfə Almaniya çempionu olub.

“Vankuver Uaytkeps” mübarizə apardığı MLS-də 24 oyundan sonra 45 xalla turnir cədvəlində ikincidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti