Məşqdə zədə aldı, əməliyyat olundu - 21 yaşlı yarımmüdafiəçi

3 Avqust 2025 00:20 Almaniya 1 238
Məşqdə zədə aldı, əməliyyat olundu - 21 yaşlı yarımmüdafiəçi

“Bavariya”nın yarımmüdafiəçisi Aleksandr Pavloviç məşq zamanı aldığı zədə səbəbindən əməliyyat olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Aleksandar Pavlovic müvəqqəti olaraq “Bavariya”da oynaya bilməyəcək. 21 yaşlı yarımmüdafiəçi cümə günü məşq zamanı gözündən zədə alıb. Pavloviç artıq uğurlu əməliyyat keçirib”, - məlumatda deyilir.

Ötən mövsüm Pavloviç “Bavariya”nın heyətində bütün turnirlərdə 33 oyun keçirib, 1 qol vurub və bir məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!