
“Leyptsiq”in hücumçusu Benjamin Şeşko “Mançester Siti”nin forvardı Erlinq Halandla müqayisə edilməsinə münasibət bildirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, sloveniyalı futbolçu bu müqayisələrin onu motivasiya etdiyini söyləyib:
“Haland kimi oyunçu ilə müqayisələr məni çox motivasiya edir. Təzyiq? Belə bir şey yoxdur. Onu ötmək üçün təkmilləşməyə davam edəcəm.
Çoxu deyir ki, biz yüksək sürətdə oxşarıq. Bəziləri hətta mənim ondan daha yaxşı olduğumu deyirlər”.
Daha əvvəl “Liverpul”, “Mançester Yunayted” və “Nyukasl”ın Şeşko ilə maraqlandığı bildirilib.