
“Bayern” qapıçısı Sven Ulrayxla yeni müqavilə imzalayıb.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yaxın günlərdə 37 yaşı tamam olacaq futbolçu Münhen təmsilçisinin heyətində daha bir mövsüm çıxış edəcək.
Ulrayx 2015-ci ildən “Bayern”in şərəfini qoruyur. O, bu müddət ərzində klubla 9 dəfə Almaniya çempionu olub və 2019/20 mövsümündə UEFA Çempionlar Liqasını qazanıb.
Son mövsümdə əsasən ehtiyat qapıçı funksiyasını yerinə yetirən almaniyalı futbolçu cəmi 2 oyunda meydana çıxıb, bunlardan birində qapısını toxunulmaz saxlamağı bacarıb.