Ehtiyatda qalmaq istəmir, yenidən icarəyə getməyə hazırlaşır

17 İyul 21:40 Almaniya 133
Ehtiyatda qalmaq istəmir, yenidən icarəyə getməyə hazırlaşır

“Bayern”in yarımmüdafiəçi Pol Uanner yenidən icarəyə getməyə hazırlaşır.

Sportinfo.az “Bild”-ə istinadən xəbər verir ki, Avstriya doğumlu futbolçu ehtiyatdakı rolundan razı deyil və ona görə də başqa variantlar axtarır.

“Bayern” yarımmüdafiəçini geri almaq şərti ilə icarəyə verə bilər.

19 yaşlı yarımmüdafiəçi 2024/2025 mövsümündə “Haydenhaym”da icarə əsasında çıxış edib. O, bu müddət ərzində 41 matçda iştirak edib, 6 qol vurub və 4 məhsuldar ötürmə verib.

Uanner bu yay Almaniyanın gənclər komandası ilə U-21 Avropa çempionatında gümüş medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 İyul 18:10 Çək və bizə göndər!