“Bu pula onu almayacaqsız, amma çoxlu “ağac əkəcəksiz”

10:00 Almaniya 146
“Bu pula onu almayacaqsız, amma çoxlu “ağac əkəcəksiz”

“Bayern”in hücumçusu Tomas Müller transfer bazarındakı qiymətlərlə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, artıq “Bayern”dən ayrılacağı dəqiqləşən almaniyalı futbolçu bunu söyləyib:

“Oyunçu transferi üçün 150 milyon avro? Bu, klublar arasında aparılan danışıqlardakı rəqəmdir.

Bunun nə qədər olduğunu necə başa düşmək olar? Bu pula Neymarı almayacaqsız, amma çoxlu “ağac əkəcəksiz”. Bu məbləğlə çox faydalı işlər görə bilərsiz”.

Neymarın 2017-ci ildə 222 milyon avro qarşılığında “Barselona”dan PSJ-yə transferi futbol tarixinin ən bahalı keçidi olaraq qalır.

Digər Xəbərlər
Xəbər Lenti