
“Bayern”in sabiq futbolçusu Lotar Matteus “Ştutqart”ın və Almaniya millisinin hücumçusu Nik Voltemadeni yüksək qiymətləndirir.
Sportinfo.az “Bild”-ə istinadən xəbər verir ki, almaniyalı keçmiş futbolçu, hazırda Voltemadeni satmağın düzgün olmadığını bildirib:
“Ştutqart” onu 60 milyon avroya satmaq istəyir? Bu, çox aşağı məbləğdir.
“Ştutqart” onun üçün 80-100 milyon avro tələb etsəydi, heç də təəccüblənməzdim. Hazırda onu satmaq düzgün olmaz.
Daha yaxşısı, bunu gələn mövsümdən sonra etməkdir. O, hazırkı heyətdə kifayət qədər oyun praktikası qazanacaq və inkişaf etməyə davam edəcək”.
23 yaşlı hücumçu son Bundesliqa mövsümündə 28 oyuna çıxıb, 12 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.