
Xavi Simons bu yay transfer dönəmində “Leyptsiq”i tərk etməyi qərara alıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçinin Avropada karyerasını davam etdirməsi üçün bir neçə variantı var.
“Arsenal”, “Mançester Yunayted”, “Liverpul”, “Mançester Siti” və “Bayern” Simonsu transfer etməkdə maraqlıdır. “Leyptsiq” rəhbərliyi isə onu 80 milyon avroya buraxmağa hazırdır.
Simons son mövsümdə Bundesliqada 32 oyuna çıxıb, 10 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir.