7 milyon avro təzminat ödədi, yığmanın qapıçısını rənglərinə bağladı - KEÇİD

28 Yanvar 01:40 Almaniya 496
7 milyon avro təzminat ödədi, yığmanın qapıçısını rənglərinə bağladı - KEÇİD

"Bavariya" heyətini yeni qapıçı ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Münhen təmsilçisi "Köln"dən Yonas Urbiqi transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Bavariya" alman qolkiper üçün 7 milyon avro təzminat ödəyib. 21 yaşlı futbolçu ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Yonas Urbiq "Köln"ün yetirməsidir. Almaniya U-21 millisinin üzvü bu mövsüm 2-ci Bundesliqa təmsilçisinin heyətində 11 rəsmi matçda meydana çıxıb və qapısında 22 qol görüb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Mart 03:50 Bakıdan sonra Burqas