"Biz heç vaxt deməmişik ki, onun klubda gələcəyi yoxdur"

17 Yanvar 2025 18:40 Almaniya 897
"Biz heç vaxt deməmişik ki, onun klubda gələcəyi yoxdur"

“Bayern”in idman direktoru Maks Eberl komandanın vingeri Leroy Sane haqda danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəsmisi Sanenin dünya səviyyəli oyunçu olduğunu deyib:

“Hoffenhaym”la matçda (5:0) dubl etməsi bizim görmək istədiyimiz Sanedir. Onun “Bayern”dəki gələcəyi?

Biz heç vaxt deməmişik ki, onun klubda gələcəyi yoxdur. O, dünya səviyyəli oyunçudur, bunu çox gözəl başa düşür.

O, “Hoffenhaym”a qarşı oynadığı kimi oynayırsa, deməli, “Bayern”ə lazım olan oyunçudur”.

29 yaşlı Sane bu mövsüm “Bayern”in heyətində bütün turnirlərdə 21 oyun keçirib, 7 qol vurub və 1 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti