Hazırda baş məşqçi postuna əsas namizəd odur

4 Dekabr 2024 01:40 Almaniya 1 007
Hazırda baş məşqçi postuna əsas namizəd odur

“Leyptsiq” klubu tənəzzül davam edir və bu, baş məşqçi Marko Rousun mümkün əvəzlənməsi ilə bağlı şayiələrə səbəb olub.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Rousun istefaya göndəriləcəyi təqdirdə, baş məşqçi postuna namizədlərdən biri hazırda işsiz olan “Mançester Yunayted”in sabiq çalışdırıcısı Erik ten Haqdır.

“Leyptsiq” Bundesliqanın turnir cədvəlində 4-cü yerdədir. Çempionlar Liqasında vəziyyət daha pisdir.

5 matçda xalsız qalan almanlar liqa mərhələsində turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

“Leyptsiq” sabah Almaniya kubokunun 1/8 finalında evdə Frankfurt “Ayntraxt”ını qəbul edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti