“Qışqırmadı, söyüş söymədi, sadəcə…” – Xoşlarına gəldi

2 Dekabr 2024 22:00 Almaniya 1 060
“Qışqırmadı, söyüş söymədi, sadəcə…” – Xoşlarına gəldi

“Bayern”in qapıçısı Manuel Noyer Dortmund “Borussiya”sı ilə matçın (1:1) fasiləsində baş məşqçi Vensan Kompaninin davranışından danışıb.

Sportinfo.az “Bild”-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu Kompaninin sadəcə təhlil etdiyini bildirib:

“O, diqqətini cəmlədi və nəyi yaxşılaşdırmalı olduğumuzu izah etdi. Kompani qışqırmadı, söyüş söymədi, sadəcə təhlil etdi”.

Təkcə matçdan sonra deyil, həm də görüş zamanı dərin analitika aparan Kompaninin fasilə zamanı davranışı futbolçuların xoşuna gəlir.

“Bayern” Almaniya çempionatının turnir cədvəlində ən yaxın izləyicisini 4 xal qabaqlayaraq 1-ci pillədə qərarlaşıb.

Kompaninin komandası sabah Almaniya kubokunun 1/8 finalında Leverkuzen “Bayer”i ilə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti