Miroslav Kloze Mahir Emrelidən razıdırmı? - AÇIQLADI

26 Noyabr 2024 02:00 Almaniya 1 235
Miroslav Kloze Mahir Emrelidən razıdırmı? - AÇIQLADI

“Nürnberq”in baş məşqçisi Miroslav Kloze Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxışından razıdır.

Sportinfo.az xəbər verir ki, 46 yaşlı mütəxəssis Bundesliqa II-nin 13-cü turunda “Paderborn”la oyundan sonra bu barədə açıqlama verib.

Kloze 2:3 hesabı ilə məğlub olmalarına baxmayaraq, komandasından məmnunluğunu bildirib. O, hücumçular – Mahir Emreli və Stefanos Tziması 90 dəqiqə meydanda saxlamasını belə əsaslandırıb:

“Bərabər səviyyəli oyun keçdi, hər iki komanda topa sahib olmağa çalışırdı. Oyun baxımından biz daha yaxşı idik.

Hücumda keyfiyyətli görünürdük. Emreli və Tziması da buna görə sona qədər meydanda saxladım.

Onları əvəzləsəydim, hücum planında axsaya bilərdik”.

“Nürnberq” hazırda 18 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşır.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır