Sloveniyalı hücumçu niyə Premyer Liqadan gələn təklifi qəbul etməyib?

9 Noyabr 2024 10:00 Almaniya 812
Sloveniyalı hücumçu niyə Premyer Liqadan gələn təklifi qəbul etməyib?

“Leyptsiq”in hücumçusu Benjamin Şeşko yay transfer pəncərəsində “Arsenal”a keçməkdən imtina edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 21 yaşlı sloveniyalı fİngiltərənin paytaxtına köçmək əvəzinə, hazırkı klubu ilə yeni müqavilə imzalayıb.

Belə ki, o, Mikel Artetanın komandasında Kay Havertsin əvəzləyicisi olmaq istəməyib.

Şeşkoya “topçular”ın start heyətində yer alacağına zəmanət verilməyib, bu da onu “Leyptsiq”də qalmağa vadar edib.

Onun müqaviləsində 55 milyon funt sterlinq (təxminən 66 milyon avro) məbləğində sərbəst qalma maddəsi var.

Deyilənə görə, “Arsenal” Şeşko ilə maraqlanmağa davam edir və onu 2025-ci ildə almaq üçün yenidən cəhd edə bilər.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM