Hücumçusunu icarəyə verə bilər – Oynamır da, neyləsin

20 Sentyabr 2024 00:20 Almaniya 1 081
Hücumçusunu icarəyə verə bilər – Oynamır da, neyləsin

“Bayern”in hücumçusu Mateys Til bilir ki, bu mövsüm onun üçün əsas heyətə düşmək çətin olacaq.

Sportinfo.az “Bild”-ə istinadən xəbər verir ki, fransalı futbolçu müntəzəm oyun təcrübəsi əldə etmək üçün yanvarda icarəyə verilə bilər.

Til müqavilə müddətini 2029-cu ilə qədər uzatdıqdan sonra “Bayern”lə ciddi danışıqlar aparıb və bir neçə icarə variantına baxmayaraq, klubda qalmağa qərar verib.

Daha əvvəl bildirilmişdi ki, 19 yaşlı forvard İngiltərə Premyer Liqası klublarının maraq dairəsindədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti