Start heyətini “Vatsap”la açıqlayır - Futbolçular ondan narazıdır

19 Sentyabr 2024 21:40 Almaniya 1 663
Start heyətini “Vatsap”la açıqlayır - Futbolçular ondan narazıdır

“Bayern”in bir sıra futbolçuları baş məşqçi Vensan Kompaninin bəzi qərarlarından narahat olduqlarını bildiriblər.

Sportinfo.az “Kicker”-ə istinadən xəbər verir ki, onlar hesab edirlər ki, belçikalı mütəxəssis futbolçularından nə gözlədiyi barədə dəqiq təsəvvürə malik deyil.

Komandanın futbolçuları baş məşqçinin ünsiyyət tərzindən razı qalmadıqlarından şikayətlənirlər.

“Bayern”in qələbə qazandığı “Holştayn”la səfər matçından (6:1) əvvəl Kompani oyunun başlamasına bir gün qalmış “vatsapp” vasitəsilə start heyətini açıqlayıb və bu, oyunçular tərəfindən birmənalı qarşılanmayıb.

Bu mövsüm Almaniya Bundesliqasında turnir cədvəlinə başçılıq edən “Bayern” bütün rəsmi matçlarda qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...