Almaniya millisindəki karyerasını başa vurdu - Noyer

21 Avqust 2024 22:00 Almaniya 1 007
Almaniya millisindəki karyerasını başa vurdu - Noyer

“Bayern”in qapıçısı Manuel Noyer Almaniya millisindəki karyerasını başa vurub.

Sportinfo.az xəbər verir ki, 38 yaşlı qolkiper bu barədə şəxsi instaqram hesabından paylaşım edib.

O, yığmanın formasını geyinməyi çox sevdiyini yazıb.

2009-cu ildən Almaniya millisinin formasını geyinən Noyer 2014-cü ildə komanda ilə dünya çempionu olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti